Azərbaycanla Pakistan arasında tarixi görüş

# 14:50
2 dekabr 2021

Bu gün Azərbaycan-Pakistan Birgə Komissiyasının yekun iclası keçirilib.

 

APA-nın xəbərinə görə, iclasda çıxış edən müdafiə sənayesi naziri Mədət Quliyev Azərbaycanla Pakistan arasındakı dostluq əlaqələrindən bəhs edib, bu münasibətlərin hər iki ölkə üçün əhəmiyyətindən söz açıb.

 

Nazir bildirib ki, ölkələrimiz arasındakı sıx münasibətlərin təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub və bu siyasət Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən layiqli şəkildə davam etdirilir. Onun sözlərinə görə, dövlət başçısının Pakistanın Prezidenti Arif Alvi və baş naziri İmran Xan ilə şəxsi dostluq və qardaşlıq münasibətləri dövlətlərimiz arasındakı birliyin bugünkü yüksək səviyyəyə çatmasında mühüm rol oynayıb: “Ölkələrimiz arasın xeyli müsbət münasibətlər müstəvisində işlər görülüb. Artıq yol xəritəsi hazırlanır. İnanırıq ki, imzalanacaq protokolda göstərilən müddəalar zamanla gerçəkləşəcək. Birgə kommisiyanın işi uğurla nəticələnəkdir”.

 

Nazir 44 günlük Vətən Müharibəsi dövründə Pakistanın Azərbaycanın ədalətli mövqeyinə verdiyi davamlı siyasi-mənəvi dəstəyə və qardaş mövqeyinə görə bir daha minnətdarlığını bildirərək, Azərbaycan xalqının bunu yüksək qiymətləndirdiyini vurğulayıb.

 

Ticarət, enerji, nəqliyyat, turizm, təhsil və hərbi-texniki sahələr də daxil olmaqla əməkdaşlıq münasibətlərinin bütün sahələr üzrə genişləndirilməsinin əhəmiyyətini vurğulayan nazir ölkələrimizin həm ikitərəfli müstəvidə, həm də beynəlxalq təşkilatlarda daim bir-birini dəstəklədiklərini xüsusi qeyd edib.

 

Xoş qəbula və qonaqpərvərliyə görə nazirə minnətdarlığını bildirən Zobaida Cəlal Pakistan və Azərbaycan arasındakı dostluq və qardaşlıq münasibətlərinin dərin tarixi köklərə söykəndiyini vurğulayaraq bu münasibətlərin əbədi və sarsılmaz olacağından əminliyini ifadə edib. Qonaq Azərbaycan-Pakistan Birgə Komissiyasının iclasının da əlaqələrimizin genişləndirilməsinə xidmət edəcəyinə əminliyini bildirib. O, səfərdən məmnunluğunu bildirərək Azərbaycan-Pakistan Hökumətlərarası Birgə Əməkdaşlıq Komissiyasının 7-ci iclasının əlaqələrimizin möhkəmlənməsi işinə töhfə verəcəyini söyləyib.

 

Sonda Azərbaycan Hökuməti və Pakistan Hökuməti arasında Azərbaycan-Pakistan iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiyasının 7-ci iclasının yekununa dair Protokol imzalanıb.

 

 

Sevinc Vaqifqızı

Kamran Namazov

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR