Azərbaycanlı əsirlərə işgəncə verən erməni yaraqlısının həbs müddəti uzadılıb
Bakı Hərbi Məhkəməsində Birinci Qarabağ müharibəsində azərbaycanlı əsirlərə işgəncə verən, İkinci Qarabağ Müharibəsində hərbiçilərimizə əsir düşən Ermənistan vətəndaşı Lüdviq Mkrtçyanın barəsində həbs qətimkan tədbirinin uzadılması ilə bağlı təqdimata baxılıb.
APA TV-nin məlumatına görə, keçirilən prosesdə təqdimat təmin edilib. L. Mkrtçyanın barəsindəki həbs müddəti daha 4 ay uzadılıb.
Qeyd edək ki, Lüdviq Mkrtçyan Azərbaycan Cinayət Məcəlləsinin 113-cü (tutulmuş və ya azadlığı başqa cür məhdudlaşdırılmış şəxslərə fiziki ağrılar və ya psixi iztirablar vermə) maddəsi ilə təqsirli bilinir.
DİGƏR XƏBƏRLƏR

Yeniyetmə 14 gün sonra yenə yoxa çıxdı

Bu günün valyuta məzənnələri - 31.01.2023

Qərb Ermənistanı Rusiyanın əlindən necə alır? - 200 nəfərlik missiya
