Azərbaycanlı qadın professor vəfat etdi

# 16:24
21 iyun 2022

Musiqişünas, pedaqoq, sənətşünaslıq üzrə fəlsəfə doktoru Aida Hüseynova vəfat edib.

 

Bu barədə APA-ya Bakı Musiqi Akademiyasının Beynəlxalq Əlaqələr üzrə prorektoru, Xalq Artisti Yeganə Axundova məlumat verib.

 

Musiqişünas, pedaqoq, sənətşünaslıq üzrə fəlsəfə doktorunun vəfat səbəbi açıqlanmayıb.

 

Qeyd edək ki, Aida Hüseynova 1964-cü ildə Bakıda doğulub. Bir neçə il Bakı Musiqi Akademiyasında pedaqoji fəaliyyətlə məşğul olub. ABŞ-nın Harvard, Prinston, Berkli, Stenford, Kolumbiya və bir çox digər universitetlərində, Böyük Britaniyanın Kembric Universitetində mühazirələrlə çıxış edib.

 

2008-ci ildən ABŞ-ın İndiana Universitetinin nəzdində olan Ceykobs Musiqi Məktəbində müəllim kimi çalışırdı.

 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR