Azərbaycanlı rus qızını belə xilas etdi

# 19:14
11 yanvar 2022

Rusiyanın Perm şəhərində azərbaycanlı bir şəxsin intihar etmək istəyən gənc qızı xilas etməsi ilə bağlı yayılan görüntülər böyük marağa səbəb olub.

APA TV xəbər verir ki, binanın 16-cı mərtəbəsinin eyvanından özünü atmaq istəyən qız, orada olan naməlum şəxs tərəfindən danışdırılır. Ən sonda isə gənc qız bu fikrindən daşınır.

Sonradan gənc qızı intihar etmək fikrindən daşındıran şəxsin Kənan Ukalayev adlı azərbaycanlı olduğu və onun 2007-ci ildən Perm şəhərində yaşadığı məlum olub.

Hadisə barədə danışan Kənan olanları belə xatırlayıb. “Ətrafda heç kim yox idi. Heç kim binanın giriş qapısını açmırdı. Biz düşündük ki, artıq heç cür ona kömək edə bilmərik. Daha sonra mən qapını sındırdım və liftlə qızın olduğu mərtəbəyə qalxdım. Qız məni gördü və ağladı. O, mənimlə getdi və bildirdi ki, yolun o biri tərəfində yaşayır və evə tək getmək istəyir. Mən isə adını belə soruşmağı unutdum”.

Sosial şəbəkə istifadəçiləri azərbaycanlının bu hərəkətini yüksək qiymətləndirərək onun qəhrəmanca davrandığını qeyd ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR