Azərbaycanlı vəkilin vəsatəti ilə ermənilərin məhkəməsi təxirə salındı

# 16:54
24 dekabr 2021

Terrorçuluqda təqsirləndirilən daha iki Ermənistan vətəndaşı - Sarqsyan İşxan Aşotinin və Rafaelyan Vladimir Otarinin məhkəməsi keçirilib.

 

APA TV-nin məlumatına görə, Sabunçu rayon Məhkəməsinin inzibati binasında Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə hakim təqsirləndirilən şəxslərə bir daha hüquq və vəzifələrini izah edib.

 

Daha sonra İşxan Sarqsyanın vəkili vəsatətlə çıxış edərək müdafiə etdiyi şəxslə görüşə şərait yaradılmasını xahiş edib.

 

Vəsatət təmin edilib.

 

Proses yanvarın 10-a qədər təxirə salınıb.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR