”Azəriqaz”a nə qədər müraciət daxil olub?

# 15:42
16 sentyabr 2022

Ermənilərin Daşkəsən istiqamətində törətdiyi təxribat zamanı kəmərlərə və qaz xətlərinə heç bir ziyan dəyməyib.

 

APA TV xəbər verir ki, bunu SOCAR “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev “Açıq qapı” aksiyası çərçivəsində media nümayəndələri ilə keçirilən görüşdə deyib: ”Daşkəsəndə də bildiyimiz kimi ermənilər müxtəlif təxribatlar törətdilər, layiqli cavablarını aldılar. İstər geniş, istərsə də, lokal qaydada qazın dayandırılması halı müşahidə edilməyib”.

“Azəriqaz” İB-nin İnsan Resursları Departamentinin rəisi Xəqani Bəşirov isə şəhid ailələri, qazilər və veteranların işlə təminat məsələsindən danışıb. Onun sözlərinə görə, qurumda hər hansı bir vakansiya yaranırsa və şəhid ailələri, qazilər və veteranlar arasında həmin iş üçün uyğun kadr varsa həmin şəxslərə üstünlük verilir.

 

Xəqani Bəşirov həmçinin qeyd edib ki, bu kateqoriyadan olan şəxslər tərəfindən “Azəriqaz” İstehsalat Birliyinə indiyədək 710 müxtəlif səbəblərdən qaz xətləri bağlı müraciət daxil olub. Onlardan 525 müraciət həllini tapıb, digər 185 problemin icrası isə yaxın günlərdə həyata keçiriləcək.

Semral Cavad
Xəyal İskəndərov

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR