Aztəminatlı ailələr üçün bayramla əlaqədar 100 manat ödəniləcək - Anar Kərimov

# 14:55
30 dekabr 2021

“Aztəminatlı ailələr üçün bayramla əlaqədar 100 manat ödəniləcək. İlin əvvəlindən aztəminatlı ailələr üçün ödənişlər 14 faiz, son 3 ildə 88 faiz artıb”.

 

APA TV-nin məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov bildirib.

 

O bildirib ki, növbəti illərdə də bu istiqamətdə vacib addımlar atılacaq: “Gələn ilin büdcəsi yeni qəbul olunub, sosial yönümlü xərclər 46 faizə çatıb. Sosial artımlar üçün 1,5 milyon manat vəsait nəzərdə tutulub”.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR