Azyaşlı qızını qorumaq üçün bu yola əl atdı

# 17:23
5 aprel 2022

Ukraynada ananın azyaşlı övladını qorumaq üçün atdığı addım müzakirələrə səbəb olub.

 

APA TV xəbər verir ki, Vira adlı övladının belinə onun doğum tarixini və özlərinin əlaqə nömrəsini yazan ana fotonu instaqram hesabından paylaşıb. Ananın bu addımından sonra Ukraynalı jurnalist Anastasia Lapatina da həmin fotonu öz tviter hesabında paylaşıb.

 

Qadın deyir ki, foto müharibənin ilk günü çəkilib və onun bu addımının səbəbi qadının başına hər hansı bir iş gələrsə, yaxud körpəsi itərsə, onun təhlükəsizliyini təmin etməkdir.

 

Hazırda ana və övladının vəziyyətinin yaxşı olduğu qeyd olunub. Onların Kiyevdə yaşadığı bildirilir.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR