Azyaşlının yardımınıza ehtiyacı var - SOS

# 18:57
3 dekabr 2021

13 yaşlı Xədicənin yaşıdları kimi oxumaq, gəzmək, gülmək kimi arzuları var. Amma təəssüf ki, indi bu arzularını yaşaya bilmir. Çünki Xədicə skoliozun 4-cü dərəcəli-onurğa sümüyünün kəskin əyriliyi xəstəliyindən əziyyət çəkir.

2009-cu ildə yanvar ayının 22-də Saatlıdan Minbaşılar kəndində Əliyevlər ailəsində dünyaya göz açan Xədicədə bu xəstəlik 7 yaşından başlayıb. Son mərhələdə olan xəstəlik orqanizmi inkişafdan saxlayır, daxili orqanları deformasiyaya uğradır və Xədicənin nəfəs almasını çətinləşdirir. Onun Türkiyədə bahalı əməliyyata ehtiyacı var. Təcili əməliyyat olunmazsa vəziyyəti ağırlaşmaqda davam edəcək. Xədicənin anası Həmidə xanım deyir ki, əməliyyat xərcləri 35-40 min ABŞ dolları arasındadır. Ailənin isə bu qədər pul ödəməyə imkanı yoxdur: “Orqanlarda çox yerdəyişmə olur. Əsas problem əməliyyatdır. 3 il öncə müraciət etmişdim həkimlər diaqnozu yolladılar Türkiyəyə əməliyyat üçün 30 min manat demişdilər. İndi əməliyyatın qiyməti implantların qiyməti hər şey qalxıb çox güman ki, 50 min manatdan çox pul lazımdı. Ona görə mən xalqımdan, dövlətimdən bir ana kimi xahiş edirəm ki, mənim balamın ayaqda qalması üçün mənə köməklik etsinlər”.

Xədicənin anası Həmidə xanım qızı Xədicənin qayğısını çəksə də onun yaşıdları kimi normal həyata qayıtmasını ana kimi hamıdan çox istəyir: “Xədicənin də arzuları var. Məktəbə gedə bilmir. Evə qonaq gəlir uşaqlarla oynaya bilmir. Yetim uşaqlar necə ki, cəmiyyətdən kənar durar bir tərəfdə, uşaqlara boynun büküb baxar e, o formada boynun büküb oynayan uşaqlara baxır. Deyirəm get oyna, deyir oynaya bilmirəm. Onlar niyə qoşulum?  Gedir paltar alır əyninə geyinir deyir hamısı pisdir. Niyə pisdir? Deyir kürəyimi çox bildirir. Hamı mənə baxır. Özümdən asılı deyil utanıram. Ana üçün bu övladının qarşısında ölüm deməkdi. Çox acizəm. Millətimdən dövlətimdən xahiş edirəm. Hərə bir manatdan kömək etsə pul düzələr. Evimi belə satsam altından çıxa bilmərəm. Sataram kirayə qalaram o pulla sağalsa təki balam sağalsın”.

Azyaşlı Xədicə də tez sağalaraq yaşıdlarına qoşulmağı, arzularının dalınca getmək istəyir: “Dövlətimdən xahiş edirəm mənim əməliyyatıma köməklik etsinlər. 13 yaşım var. Mənim xəstəliyim skoliozdur, sıxışdırır bədənimi nəfəs ala bilmirəm. Evdə təhsil alıram. 6-cı sinifdəyəm. Arzum həkim olmaqdır... (ağlayır)”

Xədicənin bu halı onun Ziyafət və Şakir babalarını da çox narahat edir. Şakir babası deyir uşaqlıqda Xədicəyə verdiyim sözü tuta bilmədim. Söz vermişdim sağalacaqsan: Mən xalqımdan xahiş edirəm ki, mənim bu məsum nəvəmə köməklik etsin. Nə qədər balaca idi bir baba kimi deyirdim darıxma bala, sağalacaqsan. İndi ağılı kəsir yavaş-yavaş, deyir, baba, axı mənə deyirdin sağalacaqsan!? Axı sağalmıram, baba? Mənə niyə kömək eləmirsən? Deyirəm sənin yanında acizəm. Kasıbçılıq imkan vermir. Xalqımdan, ölkəmdən köməklik istəyirəm. Mənim bu nəvəm qoşulsun həyata. Yaşasın. Onun da arzuları var, məktəbə getmək, uşaqlarla oynamaq istəyir”.

Xədicəyə kömək etmək hər birimizin insanlıq borcudur. Hətta 1 manat olsa belə. “Dama-dama göl olar” deyirlər. Xədicənin adına Kapital bankda hesab da açılıb. Ona kömək etmək istəyənlər aşağıdakı kart hesabına pul köçürə bilərlər.

Hesab nömrəsini sizə təqdim edirik: Kapital bank, 4169 7385 7800 7241

Əlibəy Zeynallı,

Elçin Həsənov,

APA TV

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR