Azyaşlıya araq içirib videosunu paylaşan CƏZALANDI

# 17:46
7 dekabr 2022

Azyaşlı qohumuna spirtli içki içirən şəxs saxlanılıb.

 

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, azyaşlıya spirtli içki verilməsi ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər araşdırılıb. Həmin şəxs müəyyən olunaraq Yevlax rayon Polis Şöbəsinə dəvət olunub.

 

Onun barəsində Uşaqların təlim-tərbiyəsi vəzifələrini valideynlər və onları əvəz edən şəxslər tərəfindən yerinə yetirilməməsi maddəsinə əsasən protokol tərtib edilərək aidiyyəti üzrə göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR