Bacısı oğlunu kürəyindən vurdu!

# 11:59
26 yanvar 2022

Abşeron rayonunda dayı bacısı oğlunu güllələyib.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, Abşeron Rayon Polis İdarəsinə yanvarın 24-də Masazır qəsəbəsi ərazisində qəsəbə sakini K.Səfərlinin tüfəngdən açılmış atəş nəticəsində kürək nahiyəsindən xəsarət alması barədə məlumat daxil olub.


Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Xuliqanlıq zəminində tüfəngdən açdığı atəşlə K.Səfərliyə xəsarət yetirməkdə şübhəli bilinən dayısı, Beyləqan rayon sakini B.Mürsəlov saxlanılıb. Ondan hadisəni törədərkən istifadə etdiyi “İJ-43” markalı ov tüfəngi götürülüb.


Faktla əlaqədar maddəsi ilə cinayət işi başlanıb.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR