Bakı aeroportunda İZDİHAM: sistem çökdü

# 18:48
8 iyul 2022

Dövlət Sərhəd Xidməti (DSX) Heydər Əliyev Beynəlxalq Hava Limanında müşahidə olunan sıxlığa münasibət bildirib.

 

DSX-dan APA-nın sorğusuna cavab olaraq bildirilib ki, bu gün 16:15 radələrində pasport nəzarət sistemində problem yaranıb və vətəndaşların dövlət sərhədindən buraxılmasında ləngimələr olub.

 

“Aparılan işlər nəticəsində sistemdə olan problem 16:50 radələrində aradan qaldırılıb. Hazırda vətəndaşların ölkədən buraxılmasında heç bir problem yoxdur”, - deyə qeyd olunub.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR