Bakı Hava Limanında kran aşıb, bir nəfər ölüb

# 18:51
22 sentyabr 2022

Heydər Əliyev Beynəlxalq Aeroportunda bədbəxt hadisə baş verib.

 

APA xəbər verir ki, yük daşıyan kranın aşması nəticəsində bir nəfər ölüb.

 

Hazırda hüquq-mühafizə orqanları hadisə yerinə cəlb olunub.

 

TƏBİB-dən APA-ya bildirilib ki, aeroport ərazisindəki anqarda baş vermiş hadisə ilə bağlı Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına müraciət daxil olub.

 

Əraziyə tibbi briqada cəlb olunub.

 

Faktla bağlı araşdırma aparılır.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR