Bakı müharibənin taleyini 15 dəqiqəyə həll etdi - ERMƏNİ POLKOVNİK İLK DƏFƏ DANIŞDI

# 16:18
21 aprel 2022

Mən 2020-ci ilin oktyabrın əvvələrində Qarabağda yerləşən hərbi bölmələrimizə baş çəkəndən, oradakı şərait ilə tanış olduqdan və hərbçilərimizlə söhbətləşəndə sonra çox vacib fikirə gəldim. Qarabağdan İrəvana döndükdən sonra mətbuata açıqlamamda bildirdim ki, biz müharibəni uduzacağıq, Qarabağ torpaqlarını Azərbaycan tam olaraq nəzarətinə götürəcək.

 

APA TV xəbər verir ki, bu fikirləri erməni polkovnik, Ermənistanın Veteranlar Komitəsinin sədri Qriqori Qriqoryan deyib.

 

“Biz müharibəyə, açıq hərbi toqquşmaya hazır deyildik. Ordunun başında hərbi işdən anlayışı olmayan adamlar oturmuşdu. Generallarımızdan başlayaraq, səngərdə duran sıravi əsgərə qədər psixoloji gərginlik içində idi. Siz təsəvvür edin ki, sentyabr ayının 27-də mənə xəbər çatır ki, Azərbaycan Ordusu 15 dəqiqə ərzində aviasiyamızın 50, artilleriyamızın 40%-ni məhv edib. Bu, bizim onurğa sütunumuzu qıran dəqiqələr oldu. Bakının məhz bu əməliyyatı müharibənin aqibətini 15 dəqiqə içində dəyişə bildi. Ordumuz geriyə çəkilərək Fizuli istiqamətində dayandı”, - deyə Qriqoryan bildirib.

 

Hadrut barədə danışan erməni polkovnik onu da bildirib ki, bu əraziləri muzdlu əsgərlərdən ibarət 450 hərbçi və bir qrup erməni qoruyurdu:

 

“Aydındır ki, pul müqabilində döyüşənlər üçün bu torpaqlardan qaçmaq daha asan olurdu. Bəs bu muzdlularda Ermənistan pasportu və erməni hərbi forması hardan idi? Bu sualı Araik Arutyunyana vermək lazımdır”.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR