Bakı-Qazax yolunda zəncirvari qəza baş verib

# 07:18
25 iyun 2022

Bakı-Qazax yolunda zəncirvari qəza baş verib, xəsarət alanlar var.  APA TV-nın yerli bürosunun xəbərinə görə, hadisə Bakı-Qazax  əsas magistral yolunun Ucar rayonunun Qarabörk kəndindən keçən hissəsində qeydə alınıb. Ucar rayon sakini, 1994-ci il təvəllüdlü Asif Rais oğlu Məmmədovun idarə etdiyi traktor, Biləsuvar  rayon sakini, 1996-cı il təvəllüdlü Cavad Cavid oğlu Qurbanlının idarə etdiyi" Mercedes",  Bərdə rayon sakini, 1958-ci il təvəllüdlü Rizvan Səttar oğlu Nəsirovun idarə etdiyi "Ford"  və Qazax rayon sakini, 1969-cu il təvəllüdlü İsmayıl Süleymanovun idarə etdiyi "Ford tranzit" markalı maşın toqquşub.                                             Nəticədə traktorda olan sərnişin, 1967-ci il təvəllüdlü Rais Əsurət oğlu Məmmədov, "Mercedes"in sürücüsü C. Qurbanlı və sərnişinləri - Quba rayon sakini, 1995-ci il təvəllüdlü İxtiyar Bəxtiyar oğlu Abdullayev və Gəncə şəhər sakini,  1996- cı il təvəllüdlü İlkin Ceyhun oğlu Hüseynov aldıqları müxtəlif xəsarətlərlə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.                                                                            Faktla bağlı araşdırma aparılır.                                                                                                                                    Zahid Abışov. Devran Əsgərov

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR