Bakı sakini Qubada görün niyə saxlanıldı

# 13:43
15 noyabr 2022

Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

 

DİN-nin Mətbuat Xidmətinin Quba regional qrupundan APA TV-yə verilən məlumata görə, keçirilən əməliyyat nəticəsində narkotik vasitələrin əldə etməsi, saxlaması, daşıması və satışında şübhəli bilinən Bakı şəhər sakini İdris Qənbərov saxlanılıb. Həmin şəxsin üzərinə baxış keçirilən zaman 5 kiloqrama yaxın narkotik vasitə olan marixuana və 1 kiloqramdan çox heroin aşkar olunaraq götürülüb.

 

Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə İdris Qənbərovun barəsində həbs qətimkan tədbiri seçilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR