Bakı-Sumqayıt şosesində 3 avtomobil toqquşub, xəsarət alan var

# 04:59
12 avqust 2022

Bakı-Sumqayıt şosesinin Binəqədi rayonunun ərazisinə düşən hissəsində yol-nəqliyyat hadisəsi baş verib, 1 nəfər xəsarət alıb. APA-nın xəbərinə görə, hadisə Ekologiya postunun yaxınlığında qeydə alınıb. “Chevrolet” markalı avtomobilin sürücüsü yüksək sürətlə Naib Əhmədovun idarə etdiyi “VAZ-2104” markalı avtomobilə çırpılıb. Qəza nəticəsində N.Əhmədov xəsarət alıb. Zərbənin təsirindən “VAZ-2104” eyni istiqamətdə hərəkətdə olan “Toyota” markalı avtomobilə çırpılıb. Hadisə nəticəsində 3 avtomobilə ciddi ziyan dəyib. əraziyə Yol-patrul xidmətinin əməkdaşları cəlb edilib. Sürücüyə tibbi yardım göstərilib. Qəzaya görə Bakı-Sumqayıt şosesinin Sumqayıt istiqamətində tıxac yaranıb. Hər 3 avtomobil ərazidən götürülüb. Yol-patrul xidmətinin əməkdaşları hərəkəti tənzimləyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR