Bakıda 4 avtomobil toqquşub - 3 NƏFƏR AĞIR XƏSARƏT ALIB

# 03:04
19 aprel 2021

Bakının Nərimanov rayonunda 4 avtomobil toqquşub.

APA TV xəbər verir ki, hadisə Heydər Əliyev prospektində, “Bağırov körpüs”ü kimi tanınan tuneldə qeydə alınıb.

Prospektlə hərəkətdə olan 2 "Toyota", "Opel", "Daewoo" markalı avtomobillər toqquşub.

İlkin məlumata görə, hadisə nəticəsində 1-i ağır olmaqla, 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Qəza səbəbindən yolun hər iki istiqamətində sıxlıq yaranıb.

Əraziyə DYP və təcili tibbi yardım briqadaları cəlb edilib. 

Faktla bağlı araşdırma aparılır.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR