Bakıda 5 avtomobil körpünün üstündə toqquşub

# 04:23
7 may 2021

Xətai rayonunda zəncirvari yol nəqliyyatı hadisəsi baş verib.

 

APA TV xəbər verir ki, yol qəzası Babək prospektində körpünün üzərində qeydə alınıb.

 

Belə ki, Mercedes markalı kiçik tutumlu sərnişin mikroavtobusu hərəkətdə olan “Kia” markalı nəqliyyat vasitəsinə çırpılıb. Zərbə o qədər güclü olub ki “Kia” “Mercedes” -ə dəyib. Mercedes əvvəlcə “AzSamand” və digər “Mercedes” markalı avtomobillərə çırpılıb. Qəza nəticəsində “Kia” və “Azsamand” markalı avtomobillərdə olan sərnişin və sürücü xəsarət alıb.

 

Fakt araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR