Bakıda çoxmərtəbəli binanın sütunlarını sökənlər axtarılır - FHN reyd keçirdi

# 14:52
7 fevral 2023

Bakının Nərimanov rayonunda, Ceyhun Hacıbəyli - 24 ünvanında çoxmərtəbəli binanın sütunlarının kəsilməsi barədə sosial şəbəkədə yayılmış videogörüntülər araşdırılıb. Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri həmin ünvanda reyd keçiriblər. Qeyd edək ki, reyddə media nümayəndələri də iştirak ediblər. FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin əməkdaşı Bəxtiyar Tağıyev bildirib ki, bu bina 2005-ci ildə tikilib.

Xatirladaq ki, sosial şəbəkələrdə həmin binanın -2-ci mərtəbəsində, yəni qarajında sütunların sökülməsi barədə yayılan görüntülər ciddi müzakirələrə səbəb olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR