Bakıda dəhşətli yanğın: ƏRAZİYƏ HELİKOPTERLƏR CƏLB OLUNDU

# 19:45
26 may 2022

Paytaxtın Nərimanov rayonu ərazisində yanğın baş verib.

 

APA TV-nin xəbərinə görə, hadisə Bakı metrosunun “Ulduz” stansiyası yaxınlığında yerləşən plastmas istehsalı sexində qeydə alınıb.

 

Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri və iki helikopter cəlb olunub.

 

Dövlət Yanğıdan Mühafizə xidmətinin rəisi Füzuli Əsədov deyir ki, Bakı Elektrik Maşınqayırma Zavodunun ərazisində yanğın baş verməsi haqqında məlumat 13:06 radələrində daxil olub: “Yanğınsöndürmə bölmələri hadisə yerinə çatdıqda yanğının mürəkkəbliyi nəzərə alınaraq Bakı qarnizonundan 20-ə yaxın texnika və 80 nəfər şəxsi heyət yanğının söndürülməsinə cəlb olunmuşdur. Həm istehsalat, həm də anbar sahəsi yandığına görə, hadisə yerinə 2 helikopter cəlb edilib”.

 

Yanğının mürəkkəbliyinə, əhatə dairəsinin sürətlə genişlənmə riskinə baxmayaraq, yanğınsöndürmə qüvvələrinin əlaqəli və effektiv tətbiqi, yanğınsöndürənlərin peşəkarlığı sayəsində alovun geniş sahəyə yayılmasına imkan verilməyib.

 

Yanğın zamanı ümumi sahəsi təxminən 28 000 kvadratmetr olan sex və anbarın ilkin hesablamaya əsasən 900-1000 kvadratmetri yanıb. Obyektin böyük hissəsi yanğından mühafizə olunub və alov söndürülüb.  

 

Yanğın zamanı Dövlət Yanğından Mühafizə Xidmətinin 2 əməkdaşı yüngül xəsarət alıb.

 

Sübhan Şərif,

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR