Bakıda içindən meyitlər çıxan quyular kimindir?
Bəli, nəzarətsiz quyular hər zaman təhlükə mənbəyidir. Bu quyular bəzən cinayətlərin, bəzən də ehtiyatsızlıqdan meydana gələn bədbəxt hadisələrin mərkəzi halına da gələ bilir. Belə hadisələr dəfələrlə baş verib. Son bir neçə ayda Nardaranda biznesmenin, Zirədə azyaşlı qızın, Maştağada 2 uşağın meiyitinin quyudan tapılması buna əyani sübutdur. Balansında olan ərazilərdəki quyuların təhlükəsizlik məsələləri ilə bağlı məlumat almaq üçün SOCAR-a sorğu göndərdik. Lakin bir neçə gün keçməsinə baxmayaraq, sorğuya cavab verilmədi. Təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev quyulara balansında olduğu qurum tərəfindən daim nəzarət edilməli olduğunu deyir. Ekspert vurğulayır ki, təhlükəsizlik tədbirlərinin faciə baş verdikdən sonra deyil, öncə görülməlidir. Tədqiqatçı Faiq Nəsibov Abşeronun ən qədim neft quyularının Balaxanı və Suraxanı kəndlərində yerləşdiyini bildirir. Hazırda bu quyuların üstlərinin açıq olub təhlükə yaratdığını qeyd edən Faiq Nəsibov həmin quyuların olduğu yerlərin abadlaşdırılaraq turizm obyekti kimi istifadə olunmasını arzulayır. Kriminalist Teymur Baloğlanov bildirir ki, cinayətkarların açıq quyulardan öz cinayət əməllərini gizlətmək üçün istifadə etməsi faktları ilə dəfələrlə qarşılaşıb. Teymur Baloğlanov açıq quyuların bu gün də təhlükə mənbəyi olaraq qalmasının özünün də cinayət olduğunu vurğulayır. Bir vaxtlar xoş niyyətlə qazılan quyular, reallıq budur ki, indi təhlükə mənbəyinə çevrilib. Ancaq demək olar ki, heç bir qurum bu quyulara nəzarəti üzərinə götürmür. Məsələn, yerli icra qurumları quyuların SOCAR-a aid olduğunu desə də, sözügedən şirkət bunu inkar edir. Bu da onu deməyə əsas verir ki, bədbəxt hadisələrə şahidlik etməyə davam edəcəyik.
ORXAN ASLAN
XƏYAL İSKƏNDƏROV
FARİZ QULUYEV
APA TV
DİGƏR XƏBƏRLƏR

Ermənilər Qarabağı Qafqazın “barıt cəlləyi”nə çeviriblər – APA TV

İtkin düşənlərin qaranlıq taleyi – Ermənistan hələ də susur – APA TV

Ermənilər Azərbaycan vətəndaşlığı üçün müraciət etdi – APA TV
