Bakıda II Autizm Festivalı - NAZİR DƏ ORDA İDİ

# 17:45
28 aprel 2022

Azərbaycan Autizm Assosiasiyası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Fəvvarələr meydanında II Autizm Festivalı təşkil olunub. Festivalda ölkə üzrə fəaliyyət göstərən 30 autizm mərkəzi bir araya gəlib. Onlar burada autizmli uşaqların reabilitasiyası ilə bağlı işlərini nümayiş ediriblər.

 

 

Psixoloqların dediyinə görə, autizm əslində xəstəlik deyil. Autizmli uşaqlar çox fərqlidirlər, istedadlıdırlar. Sadəcə onlardakı potensialları üzə çıxarıb, işıqlandırmaq lazımdır.

 

 

Psixoloq Firuzə İsmayılovanın bildirdiyinə görə, autizmli uşaqlarda çox gözəl nəticələr əldə etmək olar. Bəzi uşaqların xüsusi özəllikləri də olur. Sadəcə bunu üzə çıxarıb yönləndirmək lazımdır. Məsələn, stolüstü tennis üzrə çempion Nicat kimi.

 

 

Autizmli uşaqların festivalına Gənclər və idman naziri Fərid Qayıbov da qatılmışdı. O vurğuladı ki, inklüziv cəmiyyətin inkişafında belə tədbirlər böyük önəm daşıyır.

 

 

Xatırladaq ki, 2 aprel Dünya Autizm Məlumatlandırma günüdür. Bu münasibətlə aprel ayı autizm ayı hesab olunur. Azərbaycan Autizm Assosiasiyası tərəfindən ay çərçivəsində autizmli uşaqlar arasında bocce, stolüstü tennis, velosiped, atletika və futbol yarışları təşkil olunub. Bütün bu tədbirlərin məqsədi  autizm barədə cəmiyyəti məlumatlandırmaq, autizmin xəstəlik yox, fərqlilik olduğu mesajını insanlara ötürməkdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR