Bakıda İranın casus şəbəkəsinə qarşı xüsusi əməliyyat
Bu gün Bakıda İranın casus şəbəkəsinə qarşı xüsusi əməliyyat keçirilib.
APA-nın əldə etdiyi məlumata görə, DİN tərəfindən SalamNew informasiya agentliyi və “İnteraz”da əməliyyat keçirilib.
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən həyata keçirilən xüsusi əməliyyat tədbirləri nəticəsində Bakıda və respublikanın digər bölgələrində 7 nəfər – A.T. Kərimov, E.A. Rəhimov, İ.Ə.Ələkbərov, M.N.Cəfərov, H.H. Cabbarlı, F.S. Əbdülov və A.Ə. Cümşüdov şübhəli şəxs qismində tutulublar.
Qeyd edək ki, informasiya vasitələri İranın siyasətinin təbliğatı ilə məşğul olub, daha çox İranın maraqlarından çıxış ediblər.
Əməliyyatla bağlı hələlik hər hansı rəsmi informasiya verilməyib.
DİGƏR XƏBƏRLƏR

Azadlığa buraxıldı, 35 dəqiqə sonra yenidən həbs edildi

"Prius"un sürücüsü sükan arxasında yatdı, ölən var

“Nə oğlumu tapdım, nə də o qızı...” - Fərid Səfərlinin anası İrandan qayıtdı
