Bakıda Novruz şənliklərinin keçiriləcəyi yerlər AÇIQLANDI

# 14:40
18 mart 2022

Martın 19-u, 20-si və 21-i Bakıda Novruz bayramı tədbirləri keçiriləcək.

 

Bakı Şəhər İcra Hakimiyyətindən Lent.az-a verilən məlumata görə, sabah Nizami rayonunda konsert təşkil olunacaq

 

Paytaxtda kütləvi tədbirlər Dəniz kənarı Milli Parkda, İçəri şəhərdə və Fəvvarələr meydanında baş tutacaq. 


Sabah 19:00-dan isə Nizami rayonu, Heydər Əliyev parkında konsert olacaq.

 

Qeyd edək ki, bundan başqa sabah İçəri şəhərdə 17.00-da canlı musiqilər, alov şousu ilə bayram tədbiri başlayacaq. Saat 19:30-da isə bayram tonqalı qalanacaq. Daha sonra bayram şənliyi yallı rəqsi, canlı musiqi nömrələri ilə davam edəcək.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR