Bakıda polislər qəzaya uğrayıb

# 06:28
26 may 2022

Bakının Nəsimi rayonunda yol qəzası baş verib.

APA xəbər verir ki, hadisə Səməd Vurğun küçəsi ilə Süleyman Rəhinov küçələrinin kəsişməsində qeydə alınıb.

Belə ki, “Mercedes” markalı avtomobilin sürücüsü yüksək sürətlə dörd yol ayrıcına daxil olub. Bu zaman Nəsimi Rayon Polis İdarəsinə məxsus post patrul xidmətinin əməkdaşının idarə etdiyi “Fiat” markalı avtomobil ona çırpılıb. Qəza zamanı iki polis əməkdaşı və “Mercedes”-in sürücüsü ağır bədən xəsarətləri alıb.

Hadisə yerinə Yol Patrul Xidmətinin və Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR