Bakıda reyd: Maskasızlar cəzalanır

# 20:20
16 avqust 2021

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən ictimai nəqliyyatda tibbi maskalardan istifadə etməyən şəxslərin aşkar edilməsi istiqamətində növbəti nəzarət-profilaktik tədbirlər həyata keçirilib.

 

 

APA TV - nin məlumata görə, tədbir zamanı ictimai nəqliyyatdan istifadə edən sərnişinlərlə maarifləndirici söhbətlər aparılıb. Polislər onları ictimai nəqliyyatda olan zaman tənəffüs yollarını qoruyan fərdi vasitələrdən, yəni maskalardan istifadə etməyin zəruriliyi barədə məlumatlandırıblar.

 

İctimai nəqliyyat vasitələrində maskadan istifadə etməyən şəxslər polis əməkdaşları tərəfindən müəyyən edilərək, avtobuslardan düşürülüb, onlar barəsində inzibati tənbeh tədbirləri görülüb.

 

Həmçinin taksilərdə şəffaf arakəsmələr quraşdırmayan sürücülər, eləcə də, avtomobilin ön oturacağında əyləşən və tibbi maskadan istifadə etməyən sərnişinlər barədə də qanunauyğun tədbirlər görülüb.

 

Həmçinin fəaliyyətinə icazə verilən iri ticarət mərkəzlərində də nəzarət-profilaktik tədbirlər keçirilib.

 

Xəbərdarlıqlara məhəl qoymayan şəxslər barəsində isə intizam tədbirləri görülüb.
 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR