Bakıda şagird imtahana görə özünü binadan atdı
Bakıda 15 yaşlı qız imtahana görə intihar edib.
APA TV “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə dünən axşam saatlarında paytaxtın Yasamal rayonunda baş verib.
Yeni Yasamal qəsəbəsində yaşayan 15 yaşlı yeniyetmə qız qonşuluqdakı binanın doqquzuncu mərtəbəsinə çıxaraq blokun pəncərəsindən özünü yerə atıb. O, hadisə yerində vəfat edib.
İlkin məlumata görə, o qarşıda gözlənilən imtahandan az bal yığacağına, zəif nəticə göstərəcəyini ehtimal edərək stress keçirib. Bundan öncə də sınaq imtahanlarında istədiyi qədər bal toplaya bilməyən şagird imtahandan da keçə bilməyəcəyini düşünürmüş. Onun buna görə psixoloji gərginlik altında intihar etdiyi bildirilir.
DİGƏR XƏBƏRLƏR

Yeniyetmə 14 gün sonra yenə yoxa çıxdı

Bu günün valyuta məzənnələri - 31.01.2023

Qərb Ermənistanı Rusiyanın əlindən necə alır? - 200 nəfərlik missiya
