Bakıda sərxoş sürücü DƏHŞƏT yaşatdı: yol polisi atəş açdı - HADİSƏ ANI

# 10:39
1 oktyabr 2022

Bakının Səbail rayonunda yük maşını sürücüsünün yol polisi tərəfindən atəş açılaraq dayandırılması barədə xəbər vermişdik.

 

APA TV Lent.az-a istinadən xəbər verir ki, yol hərəkəti qaydalarını pozan həmin "Mercedes" markalı yük avtomobilinin sürücüsünün polisə tabe olmadığı və digər avtomobilləri əzdiyi görüntülər yayılıb.

 

Görüntülərdə onun sıx küçəyə girdiyi, burada avtomobillərə zərər vurduğu və sakinlərə narahatlıq yaratdığı əks olunub.

 

Qeyd edək ki, "Saxla" əmrinə tabe olmayan sürücünü yol polisi onun idarə etdiyi avtomobilin arxa təkərinə atəş açaraq saxlaya bilib. Müayinə zamanı sürücünün sərxoş olduğu və hətta narkotikdən istifadə etdiyi üzə çıxıb.

 

Faktla bağlı cinayət işi başlanıb.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR