Bakıda şirkətin ofisində yanğın baş verib

# 00:18
21 aprel 2021

Bakının Nəsimi rayonunda yanğın hadisəsi baş verib.

APA TV xəbər verir ki, hadisə 28 may küçəsi, 4 a ünvanında yerləşən binanın 3-cü mərtəbəsində qeydə alınıb.

Üçüncü mərtəbədə yerləşən şirkətlərin birinə məxsus ofisdə yanğın başlayıb. Hazırda əraziyə FHN-in 4 texnikası və Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb edilib.

Hazırda yanğın lokallaşdırılıb.

FHN-dən verilən məlumata görə, yanğına səbəb elektrik qısaqapanması olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR