Bakıda ŞOK: COVID-li ana süni nəfəs aparatında uşaq doğdu

# 18:31
8 dekabr 2021

Koronavirusa yoluxaraq vəziyyəti kəskin ağırlaşan hamilə qadın və 28 həftəlik doğulan körpəsi uzun mübarizədən sonra həyata qayıdıb.

APA TV-nin məlumatına görə, ananın səhhətində bir ay əvvəl kəskin ağırlaşma müşahidə edilib. Müxtəlif xəstəxanalara müraciət edilsə də, özəl xəstəxanaların birində 30.000 manat depozit istənilən qadın COVID testi müsbət çıxdığına görə sonda qəbul edilməyib. Ana ən son anda Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Kliniki Tibbi Mərkəzin mətbuat xidmətinin rəhbəri Elnur Hidayətoğlu deyir ki, Mərkəzə gətirilərkən ana, kəskin koronavirus xəstəliyindən əziyyət çəkirdi. Hətta şok  vəziyyətində idi: “Bu səbəbdən öncə ananı həkimlərimiz süni tənəffüz aparatına qoşuldu, ardınca isə, əməliyyat olunmasına qərar verildi.  Erkən doğuş həyata keçirildi. Riskli əməliyyat nəticəsində 7 həftəsi tamam olmayan qəz övladı dünya gəldi”.

Olduqca riskli əməliyyat nəticəsində 28 həftəlik bir qız övladı doğulsa da, körpənin vəziyyəti kritik ağır olub və ağciyərləri açılmayıb.

Körpənin atası Fariz Əliyevin sözlərinə görə, klinikaya gətirərkən kritik ağır vəziyyətdə olan ana və övladdan yalnız birinin sağ qalma ehtimalı olub. Lakin həkimlərin səyi nəticəsi övladı və yoldaşı normal sağlamlığına qayıda bilib: ”Yoldaşımda satusya 70, oksigen isə 90-la vururdular. Həkimlər həm yoldaşımın, həm də bətnindəki uşağın eyni oksigendən istifadə etdiyi üçün, gördülər ki, ananın vəziyyəti pisləşir. Biz ananın həyatda qalmasını istədik. Burada Minarə doktor sağolsun, böyük iş gördü, bu qədərin biz də gözləmirdik”.

Həkimlər bir müddət körpənin ağciyərlərinin açılmasına çalışıb. Körpə 3 gün ağciyərin süni ventilyasiya aparatında saxlanıldıqdan sonra müsbət dinamika müşahidə edilib və CPAP (spap)  aparatına qoşulub. Ana Gülnarə İsizadə deyir ki, övladında heç bir korona simptonları aşkar olunmayıb: ”Buradan çıxarkən, bütün analizlər edildi. Qan və başqa analizlər, sağlamlığı yerində olduğu üçün körpəimizi evə aparmağa icazə verdilər”.

Uşağın çəkisi 1 kilo  400 qram, boyu isə 41 smdir. Valideynlər körpəyə Hüsnan adını verib. Körpənin vəziyyəti hazırda normaldır, çəkisi bərpa olunur.

Semral Cavad

Kamran Namazov
APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR