Bakıda TƏHLÜKƏLİ ANLAR: Görün nələr tapıldı

# 11:17
18 iyul 2022

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonunda hərbi sursatın aşkar edilməsi barədə məlumat daxil olub.

 

Nazirlikdən APA TV-yə verilən xəbərə görə, məlumatla əlaqədar dərhal Xüsusi Riskli Xilasetmə Xidmətinin minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.

 

Hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın 1 ədəd F-1 əl qumbarası və 3 ədəd UZRQM partladıcısı, 45 ədəd kiçik çaplı silah mərmisi olduğu müəyyən edilib.

 

Sursat zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR