Bakıda tuneldə minik avtomobili yük maşınına çırpılıb
Bakının Nərimanov rayonunda minik avtomobili yük maşınına çırpılıb.
APA TV xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində tuneldə baş verib.
Belə ki, körpünün yuyulması nəzərdə tutulan texnika yol kənarında dayanarkən yüksək sürətlə hərəkətdə olan Daewoo markalı avtomobil ona çırpılıb. Qəza nəticəsində minik avtomobilinə ziyan dəyib.
Əraziyə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.