Bakıda yaşayış binası alovlandı, sakinlər təxliyyə edildi
Bakıda yaşayış binası yanıb.
APA TV xəbər verir ki, Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsi 61 ünvanında çoxmərtəbəli yaşayış binasında yanğın baş verib. Bunu jurnalistlərə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin əməliyyat növbətçisi İlqar Nəsibov deyib.
Qeyd olunub ki, yanğın sahəsi 85 kvadratmetr olan 3 otaqlı mənzildə qeydə alınıb. Yanğınsöndürənlər və Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları tərəfindən 20-yə yaxın bina sakini təxliyə edilib. Ümumilikdə yanğına 3 yanğınsöndürmə avtomobili və canlı qüvvə cəlb edilib.
Yanğın zamanı xəsarət alan olmayıb
Semral Cavad
Xəyal İskəndərov
APA TV
DİGƏR XƏBƏRLƏR

AZAL quş vurmaq üçün ovçu axtarır

Yəhudi yazıçı: “İran qorxur ki, İsrail Azərbaycan ərazisindən zərbələr endirər”

“Ukraynanın bu il müharibədə qalib gələcəyinə inanmıram” - ABŞ-ın Baş Qərargah rəisi
