Balakəndə 4 yaşlı uşağı maşın vurub öldürdü

# 17:21
6 oktyabr 2022

Balakəndə 4 yaşlı uşağı avtomobil vurub.

 

APA TV-nin məlumatına görə, hadisə rayonun Hənifə kəndində qeydə alınıb. Rayon sakini 37 yaşlı Məmmədov İlkin Qüdrət oğlu idarə etdiyi "VAZ-2107" markalı avtomobillə yolu keçən 4 yaşlı Allahverdiyeva Mirvari Asif qızını vurub.

 

Qəza zamanı müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan Mirvari Allahverdiyeva xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

 

Digər bir hadisə isə rayonun Yeni Şərif kəndində baş verib.

 

1993-cü il təvəllüdlü Yeni Şərif kənd sakini Ramil Şabanov nənəsinin yas mərasimində atası 1967-ci il təvəllüdlü Mahama Şabanovla mübahisə edib. Mübahisə zamanı Ramil Şabanov üzərində olan bıçaqla atasına xəsarət yetirib. Xəsarət alan Mahama Şabanov Balakən rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Mahama Şabanovun xəsarəti yüngül olduğundan lazımi tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

 

Hadisəni törətməkdə şübhəli bilinən Ramil Şabanov saxlanılıb.

 

Hər iki faktla bağlı araşdırma aparılır.

 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR