Balakəndə əməliyyat: 6 nəfər saxlanıldı

# 11:47
6 oktyabr 2022

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyatlar

zamanı rayon ərazisində narkotiklərin satışını, paylanmasını təşkil edən və narkotik

tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan 6 nəfər saxlanılıb. Onlardan ümumilikdə 5 kiloqrama yaxın narkotik vasitə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.

 

APA TV-nin məlumatına görə, keçirilən tədbir nəticəsində Gərəkli kənd sakini,

əvvəllər də məhkum olunmuş Fərhad Qarayev saxlanılıb.

 

Onun üzərinə və yaşadığı ünvana baxış keçirilən zaman ümumi çəkisi 4 kiloqram olan qurudulmuş marixuana, eləcə də çətənə bitkilərinin hissələri aşkar olunaraq götürülüb.

 

Saxlanılan şəxs ifadəsində narkotik vasitəni iyul ayında becərdiyi çətənə kollarından yığaraq əldə etdiyini və heç kimin görməməsi üçün evin çardağında gizlətdiyini bildirib.

 

Digər əməliyyatlar nəticəsində daha 4 nəfər rayon sakini - Rahib Hüseynov, Yaqub Qarayev, Röyal Mirəliyev və Elçin Balagözov saxlanılıb. Araşdırmalar zamanı saxlanılanlardan bəzilərinin əvvəllər də eyni əmələ görə məhkum olunduqları müəyyən edilib.

 

Həmin şəxslərin üzərindən və yaşadıqları ünvanlardan müxtəlif növ narkotik vasitələr aşkarlanaraq istintaqa təqdim olunub.

 

Faktlarla bağlı cinayət işləri başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR