Balakəndə iki minik avtomobili toqquşub

# 11:16
30 avqust 2022

Balakəndə iki minik avtomobili toqquşub.

 

APA TV-nin  məlumatına görə, hadisə ötən gün  axşam saatlarında Balakən şəhəri ərazisində baş verib. Rayon sakini  Nail Bağırovun idarə etdiyi "Lada Vesta" markalı avtomobil ilə rayonun Talalar kənd sakini Murad Əhmədovun idarə etdiyi "VAZ-21041" markalı avtomobil toqquşub.

 

Qəza zamanı “ VAZ 21041” –in sürücüsü  Murad Əhmədov və sərnişinləri - 2001-ci il təvəllüdlü Aslan Sarıyev və 1996-cı il təvəllüdlü N. Mustafayeva müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar  Balakən Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

 

Faktla bağlı Balakən rayon Polis Şöbəsində  araşdırma aparılır.

 

Vuqar Heydərov, Əhməd Fərruxoqlu, APA TV, Balakən

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR