Balakəndə üzərində qədim “piktoqramlar” olan məscid

# 10:00
11 dekabr 2022

Balakən rayonunun Katex kəndi ərazisində yerləşən məscid hazırda dağılmaq təhlükəsi ilə üz-üzədir.

18-ci əsrin sonlarında inşa edilən məscidin fəaliyyəti sovet hakimiyyəti qurulan zaman dayandırılıb. 20-ci əsrin sonlarına kimi binadan ayrı-ayrı illərdə müxtəlif məqsədlər üçün istifadə edilib. Son 30 ildə isə məscid binasından istifadə olunmayıb.

Məscidin şimal-şərq hissəsində mədrəsə binası da fəaliyyət göstərib. Hazırda binanın bu hissəsi də dağılmış vəziyyətdədir. Tikilinin divarındakı daş kitabədə yazılanlardan məlum olub ki, bina yerli əhali tərəfindən 1875-ci ildə təmir olunaraq, yenidən istifadəyə verilib.

Məscidin tikintisində üzərində qədim yazı şəkli olan “piktoqramlar” əks olunan daşlardan istifadə edilib. 

Hazırda məscidin ön sütunu uçurulub və buradakı ən qiymətli piktoqramlardan biri çıxardılıb.

Qeyd edək, Balakən rayonu ərazisində yüzdən çox tarixi abidə mövcuddur. Bunlardan yalınız 23-ü dövlət qeydiyyatına alınıb. Hətta antik yunan coğrafiyaçısı Strabon qədim Balakən ərazisini "Məbədlər diyarı" adlandırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR