Başqa səbəbdən saxlanıldı, oğurluq əməlinin də üstü açıldı

# 14:55
17 yanvar 2022

Cəlilabadda keçmiş məhkumdan 5 kiloqram narkotik vasitə aşkarlanıb.

 APA TV-nin cənub bürosunun verdiyi xəbərə görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb. Narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Cəlilabad rayon sakini, əvvəllər məhkum olunmuş Cəfər Qurbanov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 20 qrama yaxın heroin aşkarlanaraq götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq həmin şəxsin yaşadığı evə keçirilən baxış zamanı həyətdəki yardımçı tikilidən ayrı-ayrı bağlamalarda ümumi çəkisi 5 kiloqrama yaxın heroin aşkarlanaraq götürülüb.

Cəlilabad polisinin keçirdiyi digər əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən daha 4 nəfər rayon sakini – Əlövsət Məmmədov, Cavid Quliyev, Araz Mahmudov və Zülfüqar Eyvazov saxlanılıblar. Şəxsi axtarış zamanı onlardan narkotik vasitə heroin aşkarlanıb.

Aparılan araşdırmalarla Zülfiqar Eyvazovun Cəlilabad şəhəri ərazisindəki evlərdən birindən 400 manat dəyərində tikinti materialları oğurladığı da müəyyən edilib.

Faktlarla bağlı araşdırma aparılır.

 

Tural Kərimov

Rövşən Əzimov

APA TV, Cəlilabad

 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR