Bayden yenə dünyanı ŞOKA SALDI - ANBAAN

# 13:31
29 sentyabr 2022

ABŞ prezidenti Co Bayden yenə öz hərəkəti ilə hər kəsi təəccübləndirib.

 

APA TV xəbər verir ki, o bu dəfə avtomobil qəzasında dünyasını dəyişən İndiana konqresmeni Caki Valorskinin öldüyünü unudub.

 

Çıxışı zamanı Avqust ayında vəfat edən Valorskiyə zəng edən Baydenin "Ceki, buradasan? Ceki haradadır?" sözləri zalda hər kəsi təəccübləndirib.

 

Ağ Evdə keçirilən, aclığa son qoyulması ilə bağlı konfransdan sonra dövlət başçısının bu videosu qısa zamanda sosial mediada yayılıb.

 

Qeyd edək ki, Valorski sözügedən konfransı maliyyələşdirmək üçün ən çox çalışan insanlardan biri olub.

 

Baydenin İndiana konqresmeni ilə yaxın dostluğu məlum idi. Onun ölümü ABŞ liderini və ölkənin birinci xanımını çox sarsıtmışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR