Bayram gününün hava proqnozu

# 14:37
19 mart 2022

Sabaha gözlənilən hava proqnozu açıqlanıb.

 

Milli Hidrometeorologiya Xidmətindən APA TV-yə verilən məlumata əsasən Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Abşeron yarımadasının bəzi ərazilərində yağışın sulu qarla qarışıq yağma ehtimalı var. Şimal-qərb küləyi yarımadanın bəzi yerlərində arabir güclənəcək.
 

Havanın temperaturu gecə və gündüz 2-5° isti, Bakıda gecə və gündüz 2-5° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 771 mm civə sütunu olacaq.
Nisbi rütubət 70-80 % olacaq.

 

Azərbaycanın rayonlarında havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Arabir duman olacaq, qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturu gecə 0-5° isti, gündüz 5-9° isti, dağlarda gecə 5-10° şaxta, yüksək dağlıq ərazilərdə 15°-dək şaxta, gündüz 0-5° şaxta olacaq.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR