Bazarlara yol açan GMO mənşəli məhsullar

# 17:55
24 avqust 2021

Gündəlik qida rasionumuzda meyvə və tərəvəzlərin xüsusi yeri var. Xüsusən yay aylarında süfrəmizi meyvələrsiz təsəvvür edə bilmərik. Ancaq çoxlarımız hər gün bazardan aldığımız bu qidaların orqanizm üçün ciddi zərərlərindən xəbərsizik.

APA TV xəbər verir, söhbət ölkəmizə xaricdən gətirilən və geni dəyişdirilən, yəni genetik modifikasiya olunan (GMO) meyvə-tərəvəzlərdən gedir. Qanunla geni dəyişdirilən qidaların ölkəmizə idxalı qadağan olunsa da, hər addımbaşı bu cür qidalara rast gəlmək mümkündür. Çəkiliş apardığımız məkanlarda isə satıcılar bu faktı inkar etməyə çalışdılar.

 

- Xarici  meyvələrdən hazırda daha çox tələbat olan apelsin, kivi, qreyfrut, ananas, avokado və sairdir. Xaricdən gələn meyvələrin hamısı gömrük nəzarətindən keçir və sertifikatla gəlir. Biz yoxlamırıq, yəqin ki gömrükdə bunlar hamısı yoxlanılır. Əks halda bura gələ bilməz.

Geni dəyişdirilmiş meyvə deyə bir şey yoxdur. Sadəcə olaraq calaq var. Məsələn 2 almanı calaq edirlər, alınır qarışıq alma növü. Qeyri-adi bir alma alınır.

 

- Bax bunlar hamısı öz yerli məhsullarımızdır. Geni dəyişdirilməyib. Hər biri təbii, öz məhsullarımızdır.

 

Bəs görəsən alıcılar bu cür qidaları müəyyən edə bilirlərmi?

Vətəndaşlar meyvə-tərəvəz alarkən daha çox yerli məhsullara üstünlük verdiklərini desələr də, geni dəyişdirilən qidalarla bağlı fikirləri müxtəlif oldu. Bu cür qidaların üzərində fərqləndirici nişanların yoxluğu alıcıların işini daha da çətinləşdirir.

 

- Açığı maraqlanmamışam. Üstündə nişanı yoxdur ki bilim. Kimdən maraqlanacağam? Sadəcə formasına və dadına baxıram. Bilirəm ki zərərlidir”.

 

-Yaşlı nəsil geni dəyişdirilən qidaların asanlıqla seçə bilir. Gənc nəsil isə çətinlik çəkir. Bu səbəbdən də geni dəyişdirilən meyvələrin üzərində fərqləndirici nişan olmalıdır ki, hər kəs bilsin. Məsələn mən bilirəm ki, gavalı əgər həddindən artıq böyükdürsə deməli geni dəyişdirilib.

 

- Müşahidələrimiz onu göstərdi ki, alıcılarla bərabər satıcılar da geni dəyişdirilən meyvələri müəyyən etməkdə çətinlik çəkirlər.  Üzərində fərqləndirici nişanların olmaması işi bir qədər də çətinləşdirir. Mütəxəssislərin fikrincə isə bu cür meyvələr daha çox parlaqlığı və həcminin böyüklüyü ilə digər meyvələrdən seçilir.

 

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, 15 il bundan öncə ekoloji, təmiz kənd təsərrüfatı haqqından qanun qəbul edilib. Həmin qanuna əsasən geni dəyişdirilən məhsulların üzərində mütləq etiket olmalıdır. Təəssüf ki bu günə qədər heç bir meyvənin üzərində bu etiketə rast gəlinməyib: Buna qida Təhlükəsizliyi Agentliyi nəzarət edir. Lakin müəyyən yollarla , müxtəlif adlar altında bazara daxil ola bilirlər. O bitkidən  ki, toxum almaq mümkün deyil həmin bitki geni dəyişdirilən bitkidir. Məsələn qarpızın toxumu əkilərkən məhsul vermirsə geni dəyişib. Həmçinin pomidor, çuğundurun böyük hissəsi GMO-dur. Lakin bütün bunları tədqiq eləmək üçün ciddi laboratoriya araşdırmaları lazımdır”.

 Qeyd edək ki, son illərdə dünya bazarlarında qida məhsullarının bahalaşması, istehsal olunan ərzağın dünya üzrə qeyri-bərabər paylanması, ərzaq qıtlığı, və s. ərzaq təhlükəsizliyi problemlərini daha da qabardır. Daha çox məhsul əldə edərək, ərzaq qıtlığının aradan qaldırılması üçün tətbiq olunan bu üsulun zərəri faydasından qat-qat çoxdur.

 

Xələf Xələfov

Samir Qaragözov

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR