Benzin və dizellə işləyən avtomobillərin satışı dayandırılır - Yeni qanun
Avropa Birliyi 2035-ci ildə benzin və dizellə işləyən yeni avtomobillərin satışını qadağan edən qanunu təsdiqləyib.
Beləliklə, yeni təsdiq edilən qanuna görə, 2035-ci ildən başlayaraq Avropa regionunda yalnız zərərli tullantılara səbəb olmayan nəqliyyat vasitələrindən istifadəyə icazə veriləcək.
Yeni qanunun tələbinə əsasən, regionda satılan avtomobillər və furqonlar 2030-cu ilə kimi daha az karbon tullantılarına sahib olmalıdırlar. 2035-ci ildən başlayaraq isə onların karbon tullantıları sıfıra endirilməlidir. Mütəxəssislərin fikirlərinə əsasən bu, benzin və dizel vasitəsilə çalışan daxili yanma mühərrikli yeni avtomobillərin satışlarının dayandırılmasına gətirib çıxaracaq və insanların elektromobillərə keçidlərini sürətləndirəcək.
Beləliklə 2030-cu ilə kimi avtomobillər 2021-ci ildəki göstəricilərdən 55% daha az karbon tullantısı ifraz etməlidirlər. Furqonlar üçün bu göstərici 50% təşkil edir.
Aynur Qara
APA TV
DİGƏR XƏBƏRLƏR

Maaş gecikirsə, hər gün üçün əlavə pul ala bilərsiniz

Türkmənistanda Azərbaycanın Müstəqillik günü qeyd olunub

İrandan Biləsuvara güclü sel gəldi: Sakinlər təxliyə edildi
