Bərdə sakinin üzərindən “Naqan” çıxdı

# 11:30
27 yanvar 2023

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində qanunsuz olaraq odlu silah saxlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

 

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, əməliyyat-axtarış tədbirləri ilə qanunsuz olaraq silah əldə edərək saxlamaqda şübhəli bilinən rayon sakini, əvvəllər məhkum edilmiş Aftandil Axundov saxlanılaraq şöbəyə gətirilib. Onun üzərinə baxış keçirilən zaman 1 ədəd "Naqan" tipli revolver və həmin silaha məxsus 5 ədəd patron aşkar edilərək götürülüb.

 

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR