Bərdədə arvadı tərəfindən döyülən kişi öldü – APA TV

# 23:24
6 iyul 2022

Bərdədə arvadı tərəfindən döyülən, ütü ilə yandırılan kişi ölüb.

 

Bu barədə APA TV-nin yerli bürosuna Hidayət Cəfərovun oğlu Xudayar Cəfərov məlumat verib.

 

Hidayət Cəfərov xəstəxanada keçinib. Xudayar Cəfərov bildirib ki, dəfn mərasimindən sonra atalarının ölümünə səbəb olan ikinci həyat yoldaşı Serbiya Cəfərovanın cəza alması üçün müvafiq orqanlara şikayət edəcəklər.

 

Qeyd edək ki, hadisə Bərdə rayonunun Gərənə kəndində baş verib. Kənd sakini Hidayət Cəfərovun həyat yoldaşı ərinin öldüyünü bildirib və dəfn üçün evə molla çağırıb. Molla Hidayət Cəfərovun ölmədiyini gördükdən sonra onun övladlarına xəbər verib. Məhz bundan sonra Hidayət Cəfərovun arvadı Serbiya Cəfərova tərəfindən işgəncəyə məruz qaldığı, döyüldüyü, ütü ilə yandırıldığı məlum olub. Övladları bu barədə polisə məlumat verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR