Bərdədə sakininin evi yandı
Bərdədə Ağdərə rayonundan məcburi köçkün olan ailənin yaşadığı ev yanaraq külə dönüb.
APA TV-nin yerli bürosunun verdiyi xəbərə görə, hadisə rayonunun Güloğlular kəndi ərazisində qeydə alınıb. Ağdərə rayon sakininə məxsus evdə başlayan yanğın qısa müddətdə ətrafı bürüyüb. Ümumi sahəsi 120kv. metr olan evdə yanğın qısa zaman kəsiyində ətrafı bürüdüyündən evin bütün əşyaları yanıb.
Hadisə baş verdiyi an xəstəxanaya getməyə hazırlaşan Yeganə Cəfərova elə qapının ağzından geri dönməli olub.
Hadisə yerinə dərhal FHN-nin Bərdə rayon yanğından mühavizə hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğın söndürülsə də ev tamamilə yanaraq yararsız vəziyyətə düşüb. Hadisə nəticəsində ailəyə küllü miqdarda ziyan dəyib. Yanğın zamanı evdə olan ailənin qızı Günay Hüseynova isə deyir ki, yanğın o qədər sürətlə yayılıb ki, bir göz qırpımında ev külə dönüb.
Qeyd edək ki, mənzilin hansı səbəbdən yandığı hələ ki məlum deyil.
DİGƏR XƏBƏRLƏR

Mədət Quliyev: Azərbaycan İsraillə birlikdə PUA istehsal edir

Azərbaycanın İsraildə səfirliyi açıldı

Müəllimlərə təkrar şans veriləcək - Sertifikasiyaya nə vaxt start veriləcək?
