Bəzi bölmələrimizin mühasirəyə düşməsi yalandır - Müdafiə Nazirliyi
Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisinin Azərbaycan silahlı qüvvələrinin bəzi bölmələrinin mühasirəyə düşməsi barədə dediyi fikirlər tam yalandır və növbəti dezinformasiyadır.
Bu barədə APA TV-yə Müdafiə Nazirliyinin məlumat verilib.
“Bildiririk ki, Azərbaycan silahlı qüvvələri əməliyyat şəraitinə tam nəzarət edir. Strateji təşəbbüs və strateji üstünlük Azərbaycana məxsusdur. Yanlış məlumatlar yaymaq əvəzinə Ermənistan tərəfini atəşkəs haqda əldə olunmuş razılaşmanı gücləndirməyə çağırırıq”, - deyə qeyd olunub.
DİGƏR XƏBƏRLƏR

Əhmədlidə 8 qumbara tapıldı

Türkiyədən İrandakı səfirliyimizə hücuma ilk reaksiya

Bərdə sakinin üzərindən “Naqan” çıxdı
