Bəzi yerlərdə qar yağdı - BU GÜNÜN HAVASI
ETSN-in Milli Hidrometeorologiya Xidməti faktiki havanı açıqlayıb.
Xidmətdən APA TV-yə verilən məlumata görə, yanvarın 3-ü saat 12:00-a olan məlumata əsasən, bəzi yerlərdə yağıntılı olub, dağlıq rayonlarda qar yağıb, ayrı-ayrı yerlərdə şimal-qərb küləyi arabir güclənib.
Qar örtüyünün hündürlüyü Ləzədə (Qusar) 18 sm, Qrızda 13 sm, Ağdərədə (Ordubad) 10 sm, Xınalıq, Şahbuzda 7 sm, Xaltanda 6 sm, Lerikdə 4 sm, Şərur, Sədərəkdə 2 sm, Qusar, Sarıbaşda (Qax) 1 sm təşkil edib.
Külək Bakıda və Abşeron yarımadasında 15-19 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.8 metrə çatıb.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 6°-dək isti, aran rayonlarında 3-6° isti, dağlıq rayonlarda 2-9° şaxta, Naxçıvan MR-da 5-10 şaxta olub.
DİGƏR XƏBƏRLƏR

Naxçıvan Bərpa-istehsalat hərbi kompleksinin açılışı oldu – APA TV

Azərbaycanda körpülər niyə selə dözmür?

FHN əməkdaşları “Kazkutkaru-2023” beynəlxalq xilasetmə yarışında iştirak ediblər
