Bəzi yerlərdə yağış yağacaq - PROQNOZ
Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə yağış yağacağı ehtimalı var.
Xidmətdən APA TV-yə verilən məlumata görə, mülayim şimal-qərb küləyi gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 4-6° isti, gündüz 8-10° isti, Bakıda gecə 4-6° isti, gündüz 8-10° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunundan 765 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq.
Azərbaycanın rayonlarında Əsasən yağmursuz. Lakin gecə bəzi yerlərdə yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Bəzi yerlərdə duman. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 7-11° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 2-7° isti olacaq.
DİGƏR XƏBƏRLƏR

Türkiyədən İrandakı səfirliyimizə hücuma ilk reaksiya

Bərdə sakinin üzərindən “Naqan” çıxdı

Azərbaycanın İrandakı səfirliyinin mühafizə xidmətinin rəisi qətlə yetirilib, iki nəfər yaralanıb
