Biləsuvarda baş verən qətlin dəhşətli təfərrüatları

# 19:33
8 dekabr 2022

Biləsuvar rayonunun Xırmandalı kəndində güllələnmə hadisəsi baş verib.

Rayon sakini həmkəndlisinə başından və bel nahiyəsindən atəş açaraq onu qətlə yetirib. Hadisənin bəzi təfərrüatları məlum olub.

Belə ki, kənd sakini, 37 yaşlı Cavad Kazımov Eynulla oğlu həmkəndlisi, 40 yaşlı Mehtun Qarayevə zəng edərək onu yaşadığı evinin yaxınlığına çağırıb. Qısa söhbətdən sonra Cavad həmkəndlisinin baş və bel nahiyəsinə ov tüfəngindən atəş açaraq, onu qətlə yetirib.

Onların arasında ədavət 8 il əvvəldən yaranıb. Hadisəni törədən Cavad Kazımovun bacısı 2014-cü ildə intihar edib və ölümündən əvvəl məktub yazaraq intiharının səbəbkarı kimi Mehtunun adını qeyd edib. Ailələr arasında yaranan və uzun sürən ədavət Cavad Kazımovun Mehtundan qisas alması ilə nəticələnib.

Faktla bağlı cinayət işi başlanıb araşdırma davam edir.

Qeyd edək ki, mərhum Mehtun Qarayev qəssab kimi fəaliyyət göstərib. Cavad Kazımov şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib və ondan cinayət aləti olan ov silahı götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR